Azərbaycan yığması FİFA-nın növbəti reytinq siyahısında 9 pillə irəliləyə bilər.
Newsport.az-ın məlumatına görə, millimiz bu uğura AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiya (0:0) və Malta (2:2) ilə oyunlardakı heç-heçələr sayəsində nail olacaq.
Belə ki, bu heç-heçələr millimizə əlavə 37 reytinq xalı qazandıracaq. Nəticədə, Azərbaycan yığması 101-ci pilləyə qalxacaq. Millimiz sentyabr ayı üçün açıqlanan siyahıda 291 xalla 110-cu sırada qərarlaşıb.