“Səbail” "Sivasspor"la qarşılaşa bilər

Türkiyə təmsilçisi “Sivasspor” iyulun 17-də Ərzurumda təlim-məşq toplanışına başlayacaq. Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda komandanın baş məşqçisi Sərvət Çətin açıqlama verib:

“Təxminən dörd yoxlama oyunu keçirməyi planlaşdırırıq. Artıq iki rəqibimiz bəllidi. Bunlar “Antalyaspor” və “Ümraniyespor”du. Bundan başqa, bir İran və bir Azərbaycan klubu ilə də oyunumuz ola bilər. Amma hələlik bu iki matçla bağlı məsələ dəqiq deyil. Danışıqlarımız davam edir”.

Azərbaycan klubu dedikdə Sərvət Çətin böyük ehtimalla “Səbail”i nəzərdə tutur.

Qeyd edək ki, “Səbail” iyulun 10-dan Ərzurumda təlim-məşq toplanışındadı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right