"Sumqayıt" da Türkiyəyə gedir

“Sumqayıt” 2023/24 mövsümü üçün hazırlıqlarını davam etdirir. 

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 26-dan baş məşqçi Samir Abasovun rəhbərliyi ilə çalışmalara start verən komanda təlim-məşq toplanışı üçün iyulun 16-da Türkiyəyə yollanacaq. 

"Sumqayıt” 16-27 iyul tarixlərində Ərzurum şəhərindəki otellerdən birində məskunlaşacaq. Komandanın yoxlama oyunları və matçların keçirilmə tarixi ilə bağlı əlavə məlumat veriləcəyi bildirilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right