Mutu “Neftçi”nin düşərgəsindədir

“Neftçi” Rusiyanın Sankt-Peterburq şəhərində təlim-məşq toplanışını davam etdirir.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “ağ-qaralar” yeni baş məşqçisi Adrian Mutu da komandanın düşərgəsindədir. "Neftçi" rumıniyalı mütəxəssisin rəhbərliyi altında bu gün ilk məşqinə çıxacaq.

“Smena” stadionunda keçiriləcək məşq Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Xatırladaq ki, "Neftçi" Adrian Mutu ilə 2 illik müqavilə bağlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right