“Kəpəz”də daha bir təyinat gerçəkləşib. Newsport.az saytının məlumatına görə, bu dəfə əsas yox, əvəzedici komandaya yeni məşqçi gətirilib.
Klub rəhbərliyi əvəzedici heyətin baş məşqçisi Zaur Əsədovun köməkçisini müəyyənləşdirib. Bu işi Mətləb Məmmədov icra edəcək. “Kəpəz”də müxtəlif vəzifələrdə çalışmış Məmmədov əvvəllər də əvəzedicilərdə köməkçi kimi çalışıb.
Qeyd edək ki, “Kəpəz”in əsas komandasının baş məşqçi postuna isə yay fasiləsində Azər Məmmədov gətirilib.