"Neftçi" xorvatiyalı üçün təklif göndərib?

"Rapid"in futbolçusu Marko Duqandjiçin adı "Neftçi" ilə hallanır.

Futbolpress.az xəbər verir ki, "ağ-qaralar"ın yeni baş məşqçisi Adrian Mutunun xorvatiyalı hücumçunu sərəncamında görmək istədiyi bildirib.

Buxarest təmsilçisinin səhmdarlarından olan Viktor Ancelesku "iamsport.ro" saytına açıqlamasında Marko üçün "Neftçi"dən təklif almadıqlarını deyib:

"Xeyr, Marko üçün kluba təklif gəlməyib və müzakirə olmayıb. Belə gedişləri düşünmürük. Bütün diqqətimiz qarşıdakı oyundadır".

2022-ci ilin yayından "Rapid"də çıxış edən Duqandjiç ötən mövsüm 41 oyunda 22 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right