"Neftçi"nin sabiq futbolçusu Kipr klubuna keçib

"Neftçi"nin sabiq futbolçusu Mamadu Kane Kiprin "Pafos" komandasına keçib.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qvineyalı yarımmüdafiəçi ötən mövsüm icarə əsasında çıxış etdiyi komanda ilə 3 illik müqavilə imzalayıb.

26 yaşlı oyunçu Pafos şəhərinin eyniadlı təmsilçisinə Yunanıstan "Olimpiakos"undan transfer olunub.

Qeyd edək ki, Mamadu Kane 2019-2021-ci illərdə "Neftçi"nin formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right