ABŞ-da keçirilən Şimali, Mərkəzi Amerika və Karib hövzəsi üzrə (CONCACAF) "Gold Cup" turnirində finalçılar müəyyənləşib.
Newsport.az xəbər verir ki, ilk yarımfinal matçında Panama və ABŞ yığmaları üz-üzə gəliblər.
Əsas vaxtı qolsuz bərabərliklə başa çatan görüşün əlavə vaxtında da qalib müəyyənləşməyib - 1:1. Penaltilər seriyasında daha dəqiq olan (5:4) Panama yığması final vəsiqə qazanıb. Panama millisinin üzvü olan "Turan Tovuz"un müdafiəçisi Roderik Miller bu oyunda sona qədər ehtiyatda qalıb.
Digər oyunda Meksika Yamaykaya 3:0 hesabı ilə qalib gələrək finala çıxıb.
İyulun 17-də keçiriləcək final görüşü Bakı vaxtı ilə gecə saat 03:30-da start götürəcək.