Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah”ın hazırlıq çərçivəsində qarşılaşacağı növbəti rəqibin adına aydınlıq gəlib. Newsport.az xəbər verir ki, təmsilçimiz Almaniyanın II Bundesliqa təmsilçisi “Sankt-Pauli” ilə üz-üzə gələcək.
Görüş iyulun 15-də, Bakı vaxtı ilə saat 14:00-da (yerli vaxtla saat 12:00) İtaliyanın San Martino in Passiriya qəsəbəsində, AFC idman kompleksinin stadionunda keçiriləcək.