"Neftçi"dən 700 min avro istədiklərini rəsmən təsdiqlədilər

"Neftçi"nin yeni baş məşqçisi Adrian Mutu ilk transferini həyata keçirmək üçün çalışmalara başlayıb.

Newsport.az xəbər verir ki, bu barədə Rumıniya mətbuatı məlumat yayıb. Bildirilir ki, 44 yaşlı mütəxəssis "ÇFR Kluj"un futbolçusu Yuri Matiası komandasına gətirmək istəyir. 

28 yaşlı Y.Matias Braziliya vətəndaşıdır və mərkəz müdafiəçisi mövqeyində çıxış edir.

"ÇFR Kluj"un prezidenti Nelutsu Varqa as.ro saytına açıqlamasında məlumatı təsdiqləyib. Onun sözlərinə görə, bununla bağlı onun Adrian Mutu ilə söhbəti olub. 

"Mənim həqiqətən də Yuriyə görə Mutu ilə söhbətim olub. Əlbəttə, onlar Matiası istəyirlər. Çünki o, çox yaxşı oyunçudur. Bildiyiniz kimi, istənilən futbolçuya görə layiq olduğu pul verilərsə, o, bizə tərk edə bilər. Yuriyə görə isə biz haqlı olaraq ən azı 700 min avro gözləyirik. Əgər bu olmasa, futbolçu növbəti mövsüm bizimlə qalacaq" - deyə klub prezidenti bildirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right