Azərbaycanın daha bir təmsilçisi Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb

Azərbaycanın daha bir para-atleti Səid Nəcəfzadə 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.

Newsport.az-ın məlumatına görə, idmançı buna eyni şəhərdə təşkil olunan dünya çempionatında uzunluğa tullanma növündə 7,11 metr nəticə göstərmək nail olub.

Nəcəfzadə yarışda bürünc medalı qazanıb.

Qeyd edək ki, daha əvvəl milli komandanın üzvləri Lamiyə Vəliyeva və Oloxan Musayev Yay Paralimpiya Oyunlarına lisenziya əldə ediblər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right