Adrian Mutu "Neftçi"yə Rumıniyadan futbolçu transfer etmək istəyir

"Neftçi"nin yeni baş məşqçisi Adrina Mutunun komandaya cəlb etmək istədiyi ilk futbolçu bəlli olub.

Newsport.az "Prosport.ro" saytına istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssis rəhbərlikdən Rumıniya CFR-ində çıxış edən Yuri Matiasın transfer olunmasını istəyib.

"Ağ-qaralar"ın bunun üçün danışıqlara start verdiyi də bildirilib. "Neftçi"dən başqa Mutunun sabiq klubu "Rapid" də 28 yaşlı müdafiəçinin xidmətində maraqlıdır.

CFR-in braziliyalı oyunçu üçün 500 min avro istədiyi də iddia olunur.

Qeyd edək ki, "Neftçi" ötən gün Adrian Mutu ilə 2 illik müqavilə imzalandığını açıqlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right