“Səbail” milli üzvü ilə güclənir

“Səbail” klubu daha bir futbolçunu heyətinə qatıb.
 
Newsport.az xəbər verir ki, Bakı təmsilçisinin növbəti transferi Fransanın “Sedan” klubunda oynamış Aleksandr Ramalingom olub.
 
“Transfermarkt” portalı 30 yaşlı hücumçunu artıq “Səbail”in futbolçusu kimi təqdim edib.
 
Madaqaskar millisinin forvardının “Səbail”lə imzaladığı müqavilənin detalları barədə məlumat verilməyib. “Ayaçço”, “Virton” kimi komandalarda oynamış hücumçu 2020-ci ildən “Sedan” forması geyinirdi.
 
“Futbolinfo” bu transferin baş tutacağını bir həftə öncə xəbər vermişdi.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right