"Qəbələ"nin sabiq futbolçusu atasının baş məşqçi olduğu klubda işə başlayıb

"Qəbələ" klubunun ukraynalı sabiq futbolçusu Vitali Vernidub məşqçiliyə başlayıb.

Newsport.az xəbər verir ki, 36 yaşlı sabiq müdafiəçi ölkəsində atasının baş məşqçi olduğu "Krivbass"da işləyəcək.

Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Vitali Vernidub 2015-2018-ci illərdə "Qəbələ"nin formasını geyinib. Son olaraq "Krivbass"da çıxış edən sabiq oyunçu iyulun 4-də karyerasını başa vurmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right