"Turan Tovuz" bir müddətdir komandanın düşərgəsində olan Budaq Nəsirovla müqavilə imzalayıb.
Newsport.az-ın məlumatına görə, bu barədə qərb bölgəsi təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
26 yaşlı futbolçu ilə 3 illik rəsmi müqavilə bağlanıb. Tovuz futbolunun yetirməsi olan yarımmüdafiəçi "Turan", "Sumqayıt", "Araz Naxçıvan", "Kəpəz", "Sportinq"də (Portuqaliya) çıxış edib.