"Neftçi" serbiyalı müdafiəçi ilə yollarını ayırdı

"Neftçi"də növbəti ayrılıq gerçəkləşib.

Newsport.az-ın məlumatına görə, paytaxt təmsilçisi müdafiəçi Voislav Stankoviçlə başa çatan müqaviləni yeniləməyib. Bu barədə "ağ-qaralar"ın rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, 2019-cu ilin iyulundan “Neftçi”də çıxış edən Stankoviç geridə qalan 4 mövsüm ərzində 97-si çempionat (7 qol), 11-i kubok (1 qol), 18-i avrokubok olmaqla 126 matçda meydana çıxıb, 8 qola imza atıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right