“Srvena Zvezda” bir çox məqamlarda bizdən daha yaxşı görünürdü. Mövsümə hazırlığın bu mərhələsində “Zenit”dən də yaxşıdılar. Biz də öz növbəmizdə səviyyəmizi yüksəltmək üçün çalışmalıyıq. Bu baxımdan matç çox faydalı oldu”. Newsport.az saytı xəbər verir ki, bunu “Neftçi”nin yeni transferi Filip Ozobiç “Match TV” turnirində Serbiya klubu “Srvena Zvezda” ilə keçirilən oyunla bağlı təşkilatçılara müsahibəsində deyib.
Azərbaycan millisinin üzvü 0:4 hesablı yenilgini rəqibin hazırlıq durumunun qaydasında olması ilə əlaqələndirib. Ozobiç Sankt-Peterburqda təşkil olunan turnir barədə də müsbət fikirlər səsləndirib: “Çox yaxşı turnirdi. Komandalar, təşkilatçılıq, otel, məşq etdiyimiz baza - hər şey superdi. Üstəlik, “Srvena Zvezda” ilə bu toplanışda çalışdığımız meydanda oynamışıq. Yəni praktiki olaraq ev matçı idi. Turnir barədə ancaq yaxşı şeylər deyə bilərəm”.
Ozobiç iyulun 15-də “Fənərbaxça” ilə keçiriləcək matça da toxunub: “Nəticə həmişə vacibdi. Amma bunlar yoldaşlıq oyunlarıdı. Çempionatda və avrokuboklarda necə görünəcəyimiz daha önəmlidi. Ora hələ ciddi hazırlaşmalıyıq”.
Qeyd edək ki, “Neftçi” turnirdəki ilk oyununda “Zenit”ə 1:3 hesabı ilə məğlub olub.