Cəbəllütariq klubu "Qarabağ"la oyundan əvvəl kapitanını dəyişib

"Qarabağ"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində rəqibi olan Cəbəllütariqin "Linkoln" komandasının kapitanı dəyişib.

Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Bernardu Lopeş Roy Çipolinanı əvəzləyəcək. Vitse-kapitanlar isə Liam Uoker və Li Kasyaro olacaqlar.

Qeyd edək ki, "köhlən atlar" "Linkoln"a qarşı ilk matçını iyulun 11-də səfərdə keçirəcək. Cavab görüşü bir həftə sonra Bakı Olimpiya Stadionunda olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right