“Qarabağ”ın futbolçusu Kevin Medina komandadan ayrılır.
Newsport.az-ın məlumatına görə, kolumbiyalı müdafiəçi Türkiyənin “Rizespor” klubuna keçməyə yaxındır. Bu keçidin tezliklə həyata keçəcəyi gözlənilir.
Qeyd edək ki, “Rizespor” növbəti mövsüm Türkiyə Superliqasında çıxış edəcək.
Kevin Medina 2020-ci ildən "Qarabağ"da çıxış edir. Onun Ağdam klubu ilə 2025-ci ilin iyununa qədər müqaviləsi var.
Qol.az