"Srvena Zvezda"nın müdafiəçisi: "Neftçi" bu cür hesabla uduzmağa layiq deyildi"

"Srvena Zvezda"nın futbolçusu Nemanya Milunoviç "Matç TV" turnirində "Neftçi"ni 4:0 hesabı ilə məğlub etdikləri oyun haqda danışıb.

Newsport.az-ın məlumatına görə, 34 yaşlı müdafiəçi Azərbaycan təmsilçisinin böyükhesablı məğlubiyyətə layiq olmadığını bildirib:

"4:0 gözəl nəticədir. Xüsusən də, möhtəşəm komandaların olduğu turnirdə. "Neftçi" ikinci hissədə yaxşı mübarizə apardı. Bu cür hesabla uduzmağa layiq deyildilər. Eşitdiyimə görə baş məşqçiləri də yoxdur. Bunlar hiss edilir".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right