"Kəpəz" məşqləri bərpa edir

"Səbail" ilə yoxlama görüşündən sonra iki günlük istirahətə buraxılan "Kəpəz" sabah məşqləri bərpa edəcək.

Newsport.az-ın məlumatına görə, hazırlıq proqramına əsasən iyulun 10-da iki məşq var.

Futbolçular əvvəlcə saat 10:30-da Gəncə Olimpiya İdman Kompleksində bir araya gəlib trenajorda çalışacaqlar. Saat 18:30-a təyin olunan günün ikinci məşqində isə komanda üzvləri Gəncə şəhər stadionunda yığışacaqlar. "Sarı-göylər" arenanın yeni istifadəyə verilən təbii örtüklü meydanında məşq edəcəklər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right