"Səbail" müdafiəçi ilə müqavilə imzaladı

“Səbail” Cabir Əmirli ilə müqaviləni yeniləyib.

Newsport.az-ın məlumatına görə, müdafiəçi növbəti mövsümdə də “dənizçilər”in formasını geyinəcək. 26 yaşlı futbolçu ilə müqavilənin müddəti 2024-cü ilin yayına qədər artırılıb.

Qeyd edək ki, Cabir Əmirli 2021-ci ilin yayından "Səbail"də çıxış edir. Sağ cinah müdafiəçisi son mövsümdə paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 38 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right