UEFA açıqladı: Millimiz yeni reytinq siyahısında neçəncidi?

UEFA yığma komandaların yeni reytinq siyahısını açıqlayıb.

Newsport.az-ın məlumatına görə, Prosineçkinin rəhbərlik etdiyi milli komandamızın mövqeyində dəyişiklik olmayıb.

Komandamız 17,586 xalla 41-ci pillədə qərarlaşıb.

54 komandanın yer aldığı siyahıda Almaniya birinci, İspaniya ikincidi. İngiltərə millisi isə ilk üçlüyü qapayır.

Sonda onu da qeyd edək ki, siyahıda millimizdən sonrakı pillələri Gürcüstan, Latviya, Moldova, Kipr, Makedoniya, Lüksemburq, Farer adaları, Lixtenşteyn, Qazaxıstan, Malta, Andorra, San Marino və Cəbəllütariq yığmaları tutub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right