"Qəbələ"dən ayrılan Utziqin yeni klubu bilindi

Bu yay "Qəbələ"dən ayrılan Rafael Utziqin yeni klubu məlum olub.

Newsport.az xəbər verir ki, braziliyalı hücumçu Koreyanın "Çunqam Asan" klubuna keçib. Bu barədə 2-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Utziqlə razılaşmanın detalları açıqlanmayıb.

Qeyd edək ki, 2020-ci ilin yayından “Qəbələ"də çıxış edən Utziq üç mövsüm ərzində 94 matç keçirib. O, bu oyunlarda 18 qol vurub.

 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right