"Neftçi" Mutu ilə razılaşdı, maaşı da bəlli oldu

"Neftçi"nin yeni baş məşqçisinin kimliyinə aydınlıq gəlib.

Newsport.az GSP portalına istinadən xəbər verir ki, bakılılar Adrian Mutu ilə anlaşıb.

Rumıniyalı həmkarlarımızın iddiasına görə, tərəflər müqaviləni Rusiyada imzalayacaq. Buna səbəb isə, komandanın yeni mövsümə Sankt-Peterburqda hazırlaşmasıdır. Mutunun hazırkı klubu "Rapid"(Buxarest) müqaviləsi olmasına baxmayaraq, onu pulsuz buraxmağa razılaşıb.

Gənc məşqçi "Neftçi"də bir mövsümə 650 min avro (təxminən 1,2 milyon manat) qazanacaq. Onun “Rapid”dəki məvacibi 150 min avro idi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right