Milli komandamız Meksika ilə yoldaşlıq oyunu keçirə bilər.
Newsport.az xəbər verir ki, bu haqda Meksikanın "Record" nəşri məlumat yayıb.
Xəbərdə qeyd olunub ki, Meksika millisinin daha əvvəl İngiltərənin paytaxtı Londonda Səudiyyə Ərəbistanı və Cənubi Koreya ilə yoldaşlıq oyunu nəzərdə tutulub. Ancaq uzaq məsafənin yarada biləcəyi çətinliklər və komandada baş məşqçinin müvəqqəti olması nəzərə alınaraq London səfəri ləğv edilib. Qərara alınıb ki, milli komanda yoldaşlıq oyunlarını ABŞ-ın Minnesota şəhərində keçirsin.
Sentyabrda ABŞ millisi ilə qarşılaşacaq komandanın digər rəqibinin ya Azərbaycan, ya da Oman millisi olacağı bildirilib.