"Neftçi"nin kapitanı Emin Mahmudov klubla yeni müqavilə imzalaması ilə bağlı təəssüratlarını bölüşüb.
Newsport.az-ın məlumatına görə, millimizin üzvü "Neftçi" TV-yə açıqlamasında deyib:
"Neftçi"də qaldığım üçün çox sevinirəm. Çünki 6 ilə yaxındır komandadayam, hamını yaxşı tanıyıram, yaxşı münasibətim var. Komandam üçün xeyirl olsun. Çalışacam ki, tezliklə formamı bərpa edim və azarkeşləri yenə sevindirim. Nətiəcələrimiz daha yaxşı olmalıdır. Bunun üzərində çalışacağıq. Komandanın düşərgəsində olmayanda da "Neftçi"ni izləyirdim, oyununa baxırdım. Çalışacağıq ki, komanda olaraq toparlanaq, forma yığaq. Qarşıda bizi yaxşı günlər gözləyir".
Təcrübəli yarımmüdafiəçi "Neftçi" ilə müqaviləni uzadanda pula önəm vermədiyini bildirib: "Pul çox vacibdir, amma hər şey deyil. Mənə əvvəllər də yaxşı təkliflər gəlib. Getmək istəsəydim, gedərdim. Şadam ki, buradayam".
Qeyd edək ki, "Nefçi" bu gün Emin Mahmudovla 2+1 illik müqavilə imzalandığını açıqlayıb. O, 2017-ci ildən paytaxt klubunda çıxış edir.