"Qarabağ"la oyun yoxlama matçına bənzəmədi" - Çerçesov

"Yoxlama matçlarında "Qarabağ" və "Zalsburq" kimi rəqibləri ona  görə seçdik ki, Çempionlar Liqasının təsnifat mərhələsinə hazırlaşırıq".

Newsport.az xəbər verir ki, bu sözləri "Ferentsvaroş"un (Macarıstan) baş məşqçisi Stanislav Çerçesov "Sport-ekpress" qəzetinə müsahibəsində deyib.

Rusiyalı mütəxəssis xatırladıb ki, "Qarabağ"la ötən mövsüm Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində qarşılaşıblar: "Bu dəfə yaxşı oyun alındı. Düzdür, görüş matçdan əvvəl müzakirə etdiyimiz kimi yoxlama oyununa bənzəmədi. Uşaqlar bir-birilərini bir az vurdular, amma final fitindən sonra qucaqlaşıb hər şeyi unutdular".

Xatırladaq ki, bugünlərdə "Qarabağ"la "Ferentsvaroş" arasında Avstriyada keçirilən yoxlama görüşü 3:3 hesabı ilə yekunlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right