"Sumqayıt" klubu braziliyalı futbolçu transfer edir

Portuqaliyanın "Torreense" klubunun futbolçusu Dieqo Raposo karyerasını Azərbaycanda davam etdirə bilər.

Newsport.az "Record" nəşrinə istinadən xəbər verir ki, "Sumqayıt" klubu 27 yaşlı vingerlə maraqlanır.

"Gənclik şəhəri" təmsilçisinin braziliyalı oyunçu ilə danışıqlar apardığı bildirilir. Nəşr yaxın günlərdə tərəflər arasında anlaşmanın əldə oluna biləcəyini yazıb.

Qeyd edək ki, Dieqo Raposo Portuqaliya təmsilçisinin heyətində 32 oyuna çıxıb, 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right