Çimərlik futbolu üzrə Azərbaycan millisi Bakıda təşkil olunan dünya çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.
Newsport.az-ın məlumatına görə, milli komanda Moldova yığması ilə üz-üzə gəlib. “Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında təşkil olunan görüş rəqibin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan yığmasından qolları 7-ci dəqiqədə Elçin Qasımov və 33-cü dəqiqədə Tural Qürbətov vurublar.