"Səbail" heyətini yeni futbolçu ilə gücləndirib.
Newsport.az-ın məlumatına görə, Bayıl təmsilçisi yarımmüdafiəçi Valdemar Almeyda - Pananı heyətinə qatıb. Bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Portuqaliyalı futbolçu ilə 1 illik müqavilə imzalanıb.