Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində keçiriləcək "Kəpəz” – AZAL oyununda ədaləti qoruyacaq hakimlər arasında bir nəfərin olması xüsusi diqqət çəkdi.
Newsport.az-ın məlumatına görə, Rauf Cabbarov yenidən hakimliyə qayıdıb.
AFFA-nın Hakim-İnspektorlar Komitəsin sədri Gülağa Cabbarovun oğlu olan Rauf təxminən 1 illik fasilədən sonra Premyer Liqada görünəcək. Belə ki, o, ötən il təhsiliylə bağlı İngiltərəyə yollanmışdı. Adıçəkilən ölkədə Mançester Universitetinin "İnkişaf siyasəti və menecment” fakültəsində magistr pilləsi üzrə təhsil alan oğul Cabbarov informasiya texnologiyaları üzrə menecment və informasiya sistemləri ixtisası üzrə tam ali təhsilə yiyələnib geri qayıdıb.
Bu tur əlavə köməkçi hakim kimi qapı xətti arxasında dayanacaq Rauf qarşıdakı günlərdə normativ-testlərdən keçməlidir. Bunu uğurla bitirəcəyi halda onun növbəti turlarda artıq baş hakim funksiyasını yerinə yetirəcəyini gözləmək olar.