"Sabah" müdafiəçisi ilə yollarını ayırdı

"Sabah" müdafiəçi Bəxtiyar Həsənalızadə ilə yollarını ayırıb.

Newsport.az-ın məlumatına görə, futbolçu ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bəxtiyar 2021-ci ilin yanvar ayından Masazır təmsilçisinin üzvü idi. O, "Sabah"da çıxış etdiyi müddətdə 58 oyun keçirib, 3 qola imza atıb. 

Futbolçuya klubumuza göstərdiyi xidmətlərə görə təşəkkür edir, ona gələcək karyerasında uğurlar arzulayırıq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right