"Qarabağ"ın hücumçusu Musa Qurbanlının "Yurqorden"ə keçidi rəsmiləşib.
Newsport.az-ın məlumatına görə, İsveç klubu sosial şəbəkə hesabında paylaşdığı video ilə 21 yaşlı forvardın transferini açıqlayıb.
Azərbaycan milli komandasının üzvü ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.