Musa Qurbanlı "Varnamo"ya qarşı oynaya bilər

"Qarabağ"dan ayrılaraq İsveçə yollanan Musa Qurbanlının "Dyurqarden"ə keçidi tamamlanıb. Newsport.az xəbər verir ki, informasiyanı yerli "Sportbladets" qəzeti yayıb. 
 
Mənbənin məlumatına görə, ötən həftəsonu "Varberq"lə (2:0) oyunu izləmək üçün İsveçə yollanan Musa "Tele2" arenasından yeni komandası ilə bağlı xoş ttəssüratla ayrılıb. Bundan sonra o, nümayəndəsini Stokholma yollayıb və beləliklə "Dyurqarden"lə danışıqlar intensivləşib. Nəhayət, keçidlə bağlı detallar ötən axşam tamamlanıb.
 
Qəzetin yazdığına görə, Musa Qurbanlının transferi ictimaiyyətə bu gün, uzağı cümə axşamı elan olunacaq. Gənc forvardın hətta iyulun 8-də "Varnamo" ilə səfərdə baş tutacaq çempionat matçında oynaya biləcəyi də bildirilib.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right