Bu gün çimərlik futbolu üzrə Azərbaycan millisi Bakıda təşkil olunan dünya çempionatının seçmə mərhələsində ilk oyununu keçirəcək.
Newsport.az xəbər verir ki, milli komanda Moldova yığması ilə üz-üzə gələcək.
“Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında təşkil olunacaq görüş saat 18:45-də başlayacaq.
A qrupunun digər görüşündə İtaliya və Estoniya komandaları qarşılaşacaq. Bu oyun isə 13:30-da start götürəcək.
Azərbaycan millisinin heyəti:
Qapıçılar: Elçin Qasımov, Vaqif Şirinbəyov, Rafiq Kərimov;
Oyunçular: Comərd Baxşəliyev, Elşad Manafov, Orxan Məmmədov, Fuad Hüseynov, İsa Zeynalli, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Amid Nəzərov, Hüseyn Axundov, Tural Qurbatov.