Premyer Liqaya yüksələn komanda "Sabah"ın futbolçusunu istəyir

Premyer Liqaya vəsiqə qazanan "Araz Naxçıvan" heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

Newsport.az-ın məlumatına görə, Muxtar Respublika təmsilçisi "Sabah"ın müdafiəçisi Abdulla Rzayevin xidmətində maraqlıdır. "Araz Naxçıvan" Azərbaycanın U-21 millisinin üzvünü bir mövsümlük icarəyə götürmək istəyir.

Qeyd edək ki, Abdulla Rzayev "Sabah"ın yetirməsidir. 21 yaşlı sağ cinah müdafiəçisi son mövsümün ikinci yarısını icarə əsasında "Kəpəz"də keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right