"Qarabağ"ın Bolqarıstan klubu ilə matçının vaxtı bəlli oldu

"Qarabağ" Avstriya toplanışı çərçivəsində sonuncu yoxlama oyununu Sofiya ÇSKA-sına qarşı keçirəcək.

Newsport.az-ın məlumatına görə, Bolqarıstan təmsilçisi ilə görüşün başlama saatı müəyyənləşib. Sabah "Vörgl" stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtilə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, "Qarabağ" Avstriyada keçirdiyi ilk yoxlama matçında "Ferentsvaroş"la 3:3 hesablı heç-heçə edib, "Legiya"ya isə 0:2 hesabı ilə məğlub olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right