“Neftçi” Rusiyanın Sankt-Peterburq şəhərində təlim-məşq toplanışını davam etdirir.
Newsport.az-ın məlumatına görə, “ağ-qaralar” toplanışın 4-cü günündə bir məşqlə kifayətlənib.
Bu gün Bakı vaxtı ilə saat 12:00-dan etibarən “Smena” stadionunda keçirilən hazırlıq prosesində zədəli Aqil Məmmədov iştirak etməyib. Əvəzində, komandanın düşərgəsinə qoşulan Ataa Caber məşqə qatılıb.