45 yaşlı futbolçuya 30 milyon avroluq təklif

"Parma"nın qapıçısı Canluici Buffon karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə, 45 yaşlı "əlcək sahibi" cəlbedici təklif alıb. Bu barədə Nikolo Skira məlumat yayıb. Adı açılqanmayan Səudiyyə Ərəbistanı klubu təcrübəli qolkiperə illik 15 milyon avro olmaqla 2 illik müqavilə təklif edib. İtaliya millisinin sabiq üzvü hələ qərarını verməyib.

Qeyd edək ki, Canluici Buffon 2021-ci ilin yayından "Parma"da çıxış edir. O, son mövsümdə B Seriyası təmsilçisinin heyətində 19 rəsmi matçda meydana çıxıb. Buffonun klubla müqaviləsi 2024-cü ilin yayına kimidir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right