Xəstəxanaya aparılan "Neftçi" futbolçusunun durumu bəlli oldu

“Matç TV Kuboku” çərçivəsində iyulun 1-də “Qazprom Arena”da keçirilmiş “Zenit” – “Neftçi” matçının sonlarında zədələnmiş futbolçu Aqil Məmmədovun sağlamlıq durumuna aydınlıq gəlib.

Newsport.az-ın məlumatına görə, "ağ-qaralar"ın baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında bununla bağlı məlumat verib:

“Aqil oyun zamanı epiqastral nahiyəyə kəskin zərbə almışdı. Hazırda vəziyyəti stabildir. Sadəcə, məşqlərdən bir neçə günlük azad olunub”.

Qeyd edək ki, "Zenit" - "Neftçi" qarşılaşması Rusiya təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right