“Səbail”də məşqçi ayrılığı və yeni təyinatlar İCLASIN QƏRARLARI

“Səbail”də növbəti iclas keçirilib. Budəfəki yığıncaq akademiyanın son mövsümdəki nəticələrinə həsr olunub. 

Newsport.az-ın məlumatına görə, iclasda akademiyanın direktoru Mirbağır İsayev, digər rəhbər şəxslər akademiyanın məşqçiləri iştirak edib. Toplantıda bir sıra mühüm qərarlar qəbul edilib.

Gənclər Liqasında qarşısına qoyulan məqsədi yerinə yetirə bilməyən Müşviq Qənbərov U-19-un sükanı arxasından uzaqlaşdırılıb. Onunla müqavilə yenilənməyib.

Akademiyanın iki məşçisi Ramil Həbibov, Elnur Abdullayev və onların köməkçiləri isə işlərinə məsuliyyətli yanaşdıqları üçün onlarla müqavilə yenilənib. 

16 yaşlılardan ibarət kollektivin baş məşqçisi Ramin Həbibov köməkşiləri ilə birlikdə U-17-yə təyin edilib.

Rəhbərlik buna kimi U-15-i çalışdırmış Elnur Abdullayev və köməkşilərinə isə U-16-nı tapşırıb.

Akademiyanın digər məşqçilərindən Yaşar Abuzərovla Ramiz Hüseynova da məsul vəzifə həvalə olunub. Hər iki mütəxəssis əvəzedicilərdən ibarət komandada Asif Miriliyə köməkçi təyin edilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right