Azərbaycan millisinin üzvü Filip Ozobiç "Neftçi"də debüt edib.
Newsport.az-ın məlumatına görə, yarımmüdafiəçi paytaxt klubundakı debütü "Matç TV" turnirinin "Zenit" - "Neftçi" oyununa təsadüf edib.
Xorvat matçın ikinci yarısında Ömər Buludovu əvəzləyib.
Başa çatan mövsümü "Qarabağ"da keçirmiş Filip "Neftçi" ilə 2 illik müqavilə imzalayıb.
