"Kəpəz"in baş məşqçisi: "Maliyyə səbəbindən Türkiyəyə gedə bilmirik"

"Kəpəz" maliyyə problemlərinə görə yeni mövsümün hazırlırlıqlarını ölkə daxilində keçəcək.

Newsport.az-ın məlumatına görəməsələ ilə bağlı Gəncə təmsilçisinin baş məşqçisi Azər Məmmədov Sportal.az saytına açıqlama verib. O, toplanışın baş tutmamasının səbəbini maliyyə problemləri ilə əlaqələndirib:

"Düzdür, maliyyə səbəbindən Türkiyəyə gedə bilmirik. Təbii ki, gedə bilsəydik, yaxşı olardı. Çünki orada istədiyimiz güclü komandalarla qarşılaşacaqdıq. Amma hazırlığımızı Bakıda keçəcəyik və çalışacağıq ki, sahib olduqlarımızdan maksimum yararlanaq. Kənardan maliyyə dəstəyi olsaydı, dərhal Türkiyəyə yollanardıq. Getməyi də çox istəyirik. İnanıram ki, başqa klublarımıza sponsor çıxdığı kimi, Azərbaycanın ən köklü klublarından biri olan “Kəpəz”ə də sponsor tapılar. Hazırlığı Bakıda keçməyimizin yeni mövsüm çıxışımıza mənfi təsir edəcəyini düşünmürəm. Ən azından inanıram ki, belə olmayacaq".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right