Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün ikinci yoxlama matçına çıxacaq.
Newsport.az xəbər verir ki, Ağdam təmsilçisinin növbəti rəqibi "Legiya" olacaq. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin Polşa klubu ilə görüşü 20:00-da başlayacaq.
Xatırladaq ki, "Qarabağ" Avstriyadakı ilk yoxlama matçında "Ferentsvaroş"la 3:3 hesablı bərabərliyə imza atmışdı.
1 iyul
Yoldaşlıq oyunu
"Qarabağ" - "Legiya" 0:2
Qollar: Maçey Rosolyok, Yurgen Elitim
"Qarabağ": Şahruddin Məhəmmədəliyev, Marko Veşoviç, Bəhlul Mustafazadə, Kevin Medina, Elvin Cəfərquliyev, Julio Romao, Marko Yankoviç, Leandro Andrade, Redon Cica, Abdullah Zubir, Hamidu Keyta