“Heç bir klubu məcbur edə bilmərəm ki, gəl, bizimlə işlə”

“Mən bu işin potensialına inanıram”.

Newsport.az-ın məlumatına görəbu sözləri Sportinfo.az-a açıqlamasında “Cansports Travel&Consulting”in təsisçisi və rəhbəri, “Qarabağ”ın sabiq mətbuat katibi Nurlan İbrahimov deyib.

Azərbaycanın ilk milli idman turizm şirkətinin sahibi yay gündəliyi ilə bağlı danışıb və bildirib ki, hələlik 3 futbol qurumu ilə işbirliyi qurublar:

“Geridə qalan doqquz ay ərzində “Qarabağ”, “Zirə” və Peşəkar Futbol Liqası ilə əməkdaşlıq etmişik. Çox şükür, bizdən narazı qalmayıblar.

Digər klubların bizimlə əməkdaşlıq etməməsinə gəlincə, təbii ki, mən heç kimi buna məcbur edə bilmərəm. Onlara deyə bilmərəm ki, gəlin, mənə iş verin.

Hər birinin öz iş dünyası, öz yanaşma prizması var. Bütün dünya, xüsusən qərbi Avropa ölkələrinin klubları bu sistemdən istifadə edir.

Ümumiyyətlə, futbolda şirkətləşmə prosesi çox sürətlə gedir. Peşəkar klublar bu sahəyə aid anoloji işləri bizim kimi şirkətlərə tapşırır.

 

Yəqin ki, Premyer Liqa klublarımız da, gec də olsa, bu istiqamət üzrə gedəcəklər.

Yuxarıda adlarını çəkdiklərimdən savayı, “Neftçi” ilə də sıx təmaslarım olub. Onlardan müsbət reaksiya görmüşəm.

Bilirsiz ki, mən özüm mətbuat işçisi olmuşam, daha sonra 15 il “Qarabağ”da işləmişəm. Komandaya nə lazım olduğunu, işlərin peşəkar səviyyədə qurmağın yollarını yaxşı bilirəm.

Hərənin bir standartı var və heç bir klubu məcbur edə bilmərəm ki, bizimlə əməkdaşlıq elə”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right