"Turan Tovuz" bolqarıstanlı hücumçu transfer etdi

"Turan Tovuz" həyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, qərb bölgəsi təmsilçisi Martin Detelinov Petkovu rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bolqarıstanlı futbolçu ilə 2 illik rəsmi müqavilə bağlanıb.

Sofiya “Levski”sinin yetirməsi olan hücumçu son olaraq vətənində “Septemvri”nin şərəfini qoruyub. O, karyerası ərzində “Slaviya” (Bolqarıstan), “Çernomorets” (Ukrayna) klublarının da formasını geyinib. Martin Petkov Bolqarıstanın 21 yaşlılardan ibarət milli komandasının heyətində 11 oyun keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right