"Turan Tovuz"un futbolçusu "Şamaxı"da

Növbəti mövsümdə I Divizionda mübarizə aparacaq "Şamaxı" heyətini yeni futbolçu ilə gücləndirəcək.

Newsport.az-ın məlumatına görə, bölgə təmsilçisi "Turan Tovuz"dan Abbas Ağazadəni transfer edib. 24 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Abbas Ağazadə ötən ilin yayında "Sabah"dan "Turan Tovuz"a keçmişdi. Orta xətt oyunçusu qərb bölgəsi təmsilçisinin heyətində 11 rəsmi matçda meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right