"Turan Tovuz" 2023/2024 mövsümünün hazırlığına start verib.
Newsport.az-ın məlumatına görə, qərb bölgəsi təmsilçisi Bakı Olimpiya Stadionunda məşq edir. Tovuzluların yeni transferləri Martin Petkov və Otto Con da artıq komandanın düşərgəsindədir. Hər iki oyunçu kollektivlə birlikdə ilk məşqlərinə çıxıb.
Transferlə bağlı rəsmi açıqlama bu gün ediləcək.
Qeyd edək ki, Otto Con sön mövsümü "Dukaqjini" klubunda, Martin Petkov isə "Septemvri Sofia"da keçirib.