"Qarabağ"ın legioneri "Legiya"ya qarşı meydanda olacaq

"Qarabağ"ın yarımmüdafiəçisi Abdullah Zubir komandanın Avstriyadakı təlim-məşq toplanışında Macarıstanın "Ferensvaroş" klubuna qarşı keçirilmiş yoldaşlıq görüşünü (3:3) buraxıb.

Newsport.az-ın məlumatına görə, matçdan bir neçə gün əvvəl fransalı ayağında yüngül ağrılar hiss etdiyindən macarlarla görüşə çıxma bilməyib. Əslində, 31 yaşlı futbolçu oyun günü zədəsini tam olaraq sağaldıb. Lakin Qurban Qurbanov Zubirə istirahət verərək risk etmək istəməyib.

Artıq məşqləri bərpa edən fransalı növbəti yoxlama görüşündə meydana çıxa biləcək. "Qarabağ"ın Avstriyadakı ikinci görüşü iyulun 1-də Polşanın "Legiya" klubuna qarşı olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right